İDMAN
Azərbaycanın kişi şpaqaçıları Xorvatiyada keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın kişi şpaqaçıları Xorvatiyanın Split şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qrupda keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran qılıncoynadanlarımızdan Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyev turnirin pley-off mərhələsinə yüksəliblər. Otuzikidəbir finalda Türkiyə təmsilçisi Barış Cana 15:11 hesabı ilə qalib gələn R.Həsənov, onaltıdabir finalda xorvatiyalı Riçard Şmidtə 10:15 hesabı ilə məğlub olub.
Kənan Əliyev və Barat Quliyev isə mübarizəni otuzikidəbir finalda dayandırıblar. B.Quliyev Rumıniya idmançısı Adrian Kiprian Jilagiyaya 10:15, K.Əliyev isə rusiyalı Dmitriy Qusevə 9:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsini qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]