İQTİSADİYYAT
AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ LONDONDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATI DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN 87-Cİ SESSİYASINDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 11 may (AZƏRTAC). Mayın 12-dən 21-dək London şəhərində Beynəlxalq Dəniz Təşkilatının baş qərargahında Dəniz Təhlükəsizliyi Komitəsinin 87-ci sessiyası keçiriləcəkdir. Azərbaycan Respublikasını tədbirdə Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
DDA-nın mətbuat xidmətindən verilən məlumata görə, sessiyada “Dənizdə təhlükəsizliyin artırılması yolları”, “Gəmi inşasına dair yeni standartlar”, “Gəmilərə qarşı silahlı basqın və piratlıq”, “Ümumi yük gəmilərinin təhlükəsizliyi”, “Əsas hüquqi sənədlərin yerinə yetirilməsi” və digər aktual məsələlər müzakirə ediləcəkdir.