Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb
London, 17 may, AZƏRTAC
Böyük Britaniyanın baş naziri Rişi Sunakın və həyat yoldaşı Akşata Murtinin şəxsi sərvəti bu il 120 milyon funt sterlinq artaraq, 651 milyon sterlinqə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sunday Times”ın zənginlərlə bağlı yaydığı illik siyahıda bildirilib. Cütlüyün sərvətinin artmasına Akşata Murtinin Hindistanın IT firması “Infosys”dəki payının artması olub. Onun şirkətdəki səhmlərinin dəyəri il ərzində təxminən 108 milyon funt sterlinq artaraq 590 milyon funt sterlinqə çatıb.
“Sunday Times”ın siyahısında göstərilir ki, Kral Çarlzın sərvəti də il ərzində artaraq 600 milyon funt sterlinqdən 610 milyon funt sterlinqə yüksəlib.
Qeyd edək ki, Akşata Murtinin atası Narayana Murti hindistanlı milyarder və IT şirkəti “Infosys”in həmtəsisçisidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]