Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub
Bakı, 17 may, AZƏRTAC
56-cı Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komanda üzvləri seçilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdləri Səttar Şərifzadə və Nihad Hacızadə, Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə olmaqla ümumilikdə 4 şagird ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, olimpiadaya hazırlıq dərsləri davam edir.