AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİNDƏ ADR-İN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-də ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimə gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt, nazirlər, deputatlar, diplomatlar Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimova təbriklərini çatdırmışlar.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları Hadi Rəcəbli və Yaqub Mahmudov, Ankarada TÜRKSOY təşkilatının iclasında iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev və türkdilli ölkələrin mədəniyyət nazirləri də mərasimdə iştirak etmişlər.
Tədbidə bəstəkar Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupunun konserti böyük maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]