Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilib YENİLƏNİB VİDEO

Quba, 31 mart, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi və konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.

Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.

Tədbirin açılışında şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” muğamını ifa ediblər.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.

“Yüz bir il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib” - deyə Z.Sultanov qeyd edib.

Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər bir xalqın tarixində ağrılı, çətin məqamlar olduğunu bildirib. “Geri dönüb həmin hadisələrə diqqətlə baxmaq, tarixin dərslərindən ibrət götürmək vacibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunmuş möhtəşəm Quba Soyqırımı Memorial Kompleksində bunun üçün gözəl imkan var.

Ulu öndər Heydər Əliyev deyirdi ki, vaxt keçdikcə bu faciə bizim üçün daha ağrılı olur, onu daha dərindən dərk edirik və çətinliklə qəbul edirik. Bu sözlər faciəli tarixin yaddaşlarda həmişə yaşayacağını bildirir. Biz soyqırımı qurbanları qarşısında baş əyirik, onları yad edərək gənc nəslimizə məlumat veririk, düzgün yol göstəririk. Övladlarımız bu tarixi yaddan çıxarmamalıdır. Çünki “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər heç vaxt dinc durmayacaqlar. Erməni siyasətçiləri bu əməlləri həmişə davam etdirəcək. Buna görə də Azərbaycan xalqı ayıq olmalıdır. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Azərbaycan xalqının, burada əsrlərlə yaşayan digər xalqların yaratdıqları nemətləri, adət-ənənələri qorumalıyıq və gənc nəslə ötürməliyik”, - deyə nazir Ə.Qarayev bildirib.

Mədəniyyət naziri vurğulayıb ki, Azərbaycan gündən-günə inkişaf edir, hər sahədə uğurlar qazanılır. Amma davamlı inkişafla yanaşı, tariximiz daha dərindən öyrənilməli, unutulmamalıdır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində iqtisadiyyatımız, ordumuz güclənir, beynəlxalq aləmdə sözümüz eşidilir, Azərbaycana hörmətlə yanaşılır və qəbul edilir. Lakin keçmişdə yaşadığımız bu kimi faciəli tarixi hadisələrə baxaraq, daha güclü və daha ayıq olmalıyıq. Heç vaxt Azərbaycanın bir qarış torpağının, mədəni sərvətinin kiçik bir hissəsinin belə düşmən əlinə düşməsinə imkan verməməliyik. Çünki o mədəni sərvətləri Azərbaycan xalqı yaradıb. Bu gün mədəni sərvətlərimizə qarşı da dayanmadan təcavüz edilir. Ayıq olmalıyıq ki, torpağımızı, mədəni sərvətlərimizi müdafiə edə bilək. Mən bu yolda çalışan tarixçilərimizə, mədəniyyət xadimlərimizə, siyasətçilərimizə, ictimai qurumların nümayəndələrinə təşəkkür edirəm. Biz fəal olmalı, xalqımızın başına gətirilən faciələri daha geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Hamımız əminik ki, Azərbaycanın gəncliyi öz gələcək həyatını ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları olaraq yaşayacaqlar. Azərbaycan torpaqları işğaldan azad olunacaq, əsl həqiqətlər dünya miqyasında tanınacaq və bu faciənin də dünya miqyasında siyasi və hüquqi qiyməti veriləcək”, - deyə Əbülfəs Qarayev qeyd edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında konfransın əhəmiyyətini vurğulayaraq deyib ki, Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılmış nankor və mənfur ermənilər tarixboyu xalqımıza qarşı bir neçə dəfə dəhşətli soyqırımları törədib, öz məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, vandalizmə əl atıblar. “Biz bu gün tarixə nəzər salarkən bir şeyi bilməliyik ki, hələ ötən əsrin əvvəllərində təcavüzlə mübarizə aparan soydaşlarımız “Difai” təşkilatını yaratmışdı. Amma sovet ideologiyası həmin təşkilatın üzvlərini panislamist adlandıraraq, xalqı üçün fədakar zəhmətinə kölgə salmışdı. Bu kimi tarixi faktlar çoxdur. Biz bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Öz gücümüzü göstərməliyik. Azərbaycan həqiqətlərini dünyaya çatdıran çoxsaylı beynəlxalq tədbirlər keçirilir və bu proses davam etdirilməli, miqyası daha da böyüməlidir”, - deyə F.Hüseynova söyləyib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı artıq bir neçə ildir Quba Soyqırımı Memorial Kompleksində geniş tərkibdə elmi ictimaiyyətin iştirakı ilə konfransların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu tədbirlərdə son zamanlar soyqırımı ilə əlaqədar yazılan çoxsaylı tədqiqat əsərləri, üzə çıxarılan materiallar barədə ətraflı məlumat verilir.

“Quba Soyqırımı Memorial Kompleksi, burada nümayiş etdirilən sənədlər, kompleksin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ermənilərin qaniçənliyini, vəhşiliyini, vadalizmini bəşəriyyətə nümayiş etdirmək üçün əvəzsiz nümunədir. Çox təəssüf ki, sovet hakimiyyəti illərində bu hadisələr xalqımıza birtərəfli qaydada çatdırılıb və ermənilərə təbliğat aparmaq üçün şərait yaradılıb. Həmin dövr üçün ermənilərlə azərbaycanlılar arasındakı münaqişə, XX əsrin əvvəllərində törədilən qırğınlar barədə dahi dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” əsərində yazılanlardan başqa heç bir tutarlı mənbə yox idi. Həmin hadisələrdən bəhs edən sənədlərin hamısı məxfi adı ilə Azərbaycan alimlərindən gizlədilirdi. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra bu tarixi araşdırmaq üçün geniş meydan açıldı. Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirildi”, - deyə İ.Həbibbəyli bildirib.

Akademik İ.Həbibbəyli qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında hər iki ölkənin qarşılaşdığı təhdidlərin, faciələrin hər zaman eyni olduğunu diqqətə çatdırıb. “Biz iki dövlət, bir millətik. 1918-ci ildə Birinci Dünya müharibəsinin sonlarında rus orduları Anadoluya irəliləməyə başladı. Ərzurumu, Ərzincanı ələ keçirdilər. Bu zaman Bakıdakı İsmailliyyə binasında yerləşən xeyriyyə cəmiyyəti Anadoludakı qardaşlarına yardım etdi. Oradakı yetimləri, dulları ac buraxmayıb onlara sahib çıxdı. Məncə, İsmailiyyə binasının 1918-ci il martın 31-də yandırılan ilk binalardan biri olması heç də təsadüfi deyil. Türkiyə Cümhuriyyətini, Osmanlı imperiyasını keçmişdə soyqırımı törətməkdə ittiham edənlər özlərinin əməllərini unutmaqdadırlar. 1918-ci ildə Azərbaycanda etdiklərinin eynisini Anadoluda da həyata keçirdilər. Ərzurum, Ərzincan, Van, Qars, Ərdahan və İğdırda hansı qətliamlar törətdilərsə, eynisini Azərbaycan torpaqlarında da törətdilər. Bu gün ermənilər utanmadan türkləri soyqırımı törətməkdə günahlandırırlar. Anadoluda törətdikləri hadisələri də Osmanlı dövlətinə qarşı özlərini müdafiə etmək üçün törətdiklərini iddia edirlər. O zaman onlardan soruşmaq lazımdır ki, bəs niyə Azərbaycanda bu əməlləri törətdin? Axı burada sənə toxunan yox idi. Azərbaycanda o dönəm yaşananlar eyni şəkildə Anadoluda da yaşanıb. Bunun səbəbi də “böyük Ermənistan” xəyalıdır. Ermənilər “böyük Ermənistan” xəyalından bu gün də vaz keçməyiblər. 27 il əvvəl bunu öz gözlərimizlə gördük. Qarabağda, Xocalıda, Azərbaycanın işğal altındakı 7 rayonunda bunun şahidi olduq. Biz bu gün ayıq olmalıyıq. Xüsusən, gənclərimiz keçmişimizi öyrənib, gələcəyimizə sahib çıxmalıdırlar”, - deyə səfir E.Özoral söyləyib.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov dünya tarixində ən vəhşi soyqırımların Azərbaycan xalqına qarşı edildiyini bildirib. “Bu gün Azərbaycan öndə gedən ölkələrdən biridir. Prezidentimiz müasir inkişafın Azərbaycan modelinin müəllifidir. Fikrimcə, iqtisadi, sosial və digər sahələrdə qazanılan uğurlarla yanaşı, bu modelin ən böyük uğuru tariximizə sahib çıxmağımızdır. Azərbaycançılıq, türkçülük təfəkkürünün qalib gəlməsidir. Erməni quldurlarının Azərbaycan qarşı törətdikləri, dinc insanlara, Azərbaycan xanımlarına, qız-gəlinlərinə, qocalara verdiyi əziyyətlərin analoqu yoxdur, dünya tarixində belə vəhşiliyə təsadüf olunmur. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması tariximizə sahib çıxmaq baxımından olduqca vacib addım oldu. Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik. Bütün bunlarla bağlı çox qiymətli sənədlər var. Təəssüf doğuran hal isə dünyanın bunu görmək istəməməsidir. BMT-nin Ermənistanın təcavüzkar ölkə olması barədə 4 qətnaməsi var. Məgər dünya bunu görmür?”, - deyə akademik Y.Mahmudov söyləyib.

Konfransda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin tam araşdırılmasının və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsinin qarşısı alınıb.

Konfransın sonunda iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilib  YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim başa çatıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib