İQTİSADİYYAT
“Azercell” şirkəti yeni layihələrini təqdim etdi
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Bakı Exspo Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisi çərçivəsində “Azercell” şirkəti jurnalistlər üçün mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda şirkətin son illər yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. “Azercell Telekom” MMC-nin prezidenti Kiril Qaburiç bildirib ki, təqribən 17 il əvvəl şirkətin inkişafına külli miqdarda investisiya qoyulub və bu artıq öz bəhrəsini verməkdədir.
“Gələcəkdə də Azərbaycanda sərmayə yatırmağı davam edəcəyik”, - deyən K.Qaburiç respublikada yüksək texnologiyaların inkişafına xarici investisiyaların cəlb edilməsi üçün gözəl şərait olduğunu vurğulayıb.
Sonra jurnalistlərə “Azercell”in “Valideyn nəzarəti”, “Diaqnostika monitoru” kimi yüksək texnologiyalara əsaslanan yeni layihələri təqdim olunub.