“Azəriqaz”: Yeddi ayda qazın qəbulu 7 faiz artıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qazın qəbulunda 7 faiz artım olub.
AZƏRTAC xəbər verir ki, bu haqda “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev məlumat verib.
“Bu ilin yeddi ayı ərzində 4 milyard 824 milyon kubmetr qaz qəbul edilib. Ötən il isə müvafiq dövrdə bu göstərici 4 milyard 482 milyon kubmetr olub. Ümumilikdə 324 milyon artıq qaz qəbul edilib. Yeddi ay ərzində 2,5 faiz, başqa sözlə 85 milyon kubmetr qaz itkiləri azalıb. Qazın qəbulunun artması qeyri-yaşayış sahələri və sənaye müəssisələrinin açılması, əhali abonentlərinin artması ilə bağlıdır”, - deyə şöbə rəisi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]