İQTİSADİYYAT
“Azərkosmos”un nümayəndələri Bəhreyndə Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi barədə təqdimatla çıxış ediblər


Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un nümayəndələri sentyabrın 6-7-də Bəhreyn Krallığı tərəfindən təşkil olunmuş “Yaxın Şərqdə Kosmos Nəsili” mövzusunda keçirilən seminar çərçivəsində bu il oktyabrın 2-dən 6-dək Bakıda təşkil olunacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi (“IAC2023”) barədə təqdimatla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb.
Bildirilib ki, Bəhreyn Universitetində keçirilmiş ikigünlük seminarda Yaxın Şərqdən olan universitet tələbələri, gənc mütəxəssislər, ekspertlər, akademiya və sənaye nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarına “IAC2023”-ün beynəlxalq kosmik ictimaiyyəti bir araya gətirməkdə əhəmiyyətindən bəhs olunub və bu cəmiyyətin üzvləri Konqresdə iştirak üçün Bakıya dəvət olunublar.