Fransa: İfrat sağçılar hakimiyyətə doğru
Paris, 30 iyun, AZƏRTAC
Fransada növbədənkənar parlament seçkilərinin ilkin təxmini nəticələrinə görə sağçılar birliyi Milli Birlik partiyası 34 faiz səslə birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, solçuların alyansı Yeni Xalq Cəbhəsi partiyası 28,1 faizlə ikinci və Makronun “Renaissance” partiyası isə 20,3 faizlə üçüncü yerdə qərarlaşıb. Respublikaçılar partiyası 10,2 faizlə dördüncü yerdədir.
Seçkilərdə seçici iştirakı son 46 ildə ən yüksək səviyyəyə təxminən 65,5 faizə çatıb. Həmçinin, bitərəflər səslərin 34,5 faizini təşkil edib.
İfrat sağçı Marin Lö Pen seçiciləri ikinci turda da fəal olmağa və Milli Birlik partiyasına səs verməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]