İQTİSADİYYAT
“Bakcell”in şəbəkəsi pik saatlarında böyük həcmli zəngləri idarə etmək qabiliyyətinə malikdir
Bakı, 14 yanvar (AZƏRTAC). Ötən il “Bakcell” şirkəti üçün sürətli artım ili olmuşdur. Son illərdə şəbəkəyə qoyulan böyük sərmayə nəticəsində şirkət, ucqar rayonlar da daxil olmaqla, ölkə ərazisinin 99 faizini əhatə etmişdir.
Şəbəkənin gücü zənglərin fasiləsiz olaraq idarə olunmasını təmin edir. Yeni il ərəfəsində abunəçilər tərəfindən 24 milyon zəng olunmuş və 26 milyon SMS göndərilmişdir. Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120 faiz, SMS-lərdə isə 90 faiz artım deməkdir. Ötən illə müqayisədə “Bakcell” şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40 faiz artmışdır. Yeni ilin pik saatlarında “Bakcell”in 3G xidmətindən istifadə edən abunəçilərinin sayı 152 min nəfərə çatmışdır.
Şirkətin baş icraçı direktoru Riçard Şirer demişdir: “Biz dünya standartlarına uyğun xidmət göstərmək üçün yeni və müasir şəbəkənin qurulmasına nail olmuşuq. Məqsədimiz keyfiyyətli xidməti davam etdirmək, müştərilərə qayğını artırmaq və ən son mobil xidmətlər təklif etməkdir”.