İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 280 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 dollar üçün 4915 manat idi və hərracların yekunlarına görə dəyişməmişdir. Tələb və təklif 280 min dollar olmuşdur.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4915 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST–də 1,245 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 6,119 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 207 500 dollar düşmüşdür. Tələbat olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 12-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.