BAKI DÖVLƏT UNİVERSİTETİ ALİMLƏRİNİN KİTABLARININ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət Universiteti (BDU) alimlərinin kitablarının sərgi-yarmarkası açılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin nurlu ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Rəhbərlik etdiyi ali məktəb ilə Bakı Dövlət Universiteti arasında geniş əlaqələr olduğunu deyən rektor elmin, təhsilin inkişafında kitabın əvəzsiz rolunu diqqətə çatdırmış, sərginin əhəmiyyətini vurğulamışdır.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışmışdır.
1919-cu ildə yaradılan Bakı Dövlət Universitetinin inkişaf mərhələlərindən bəhs edən rektor, son illər təhsil müəssisəsindəki nailiyyətləri nəzərə çarpdırmış və bildirmişdir ki, son illər ərzində BDU alimlərinin 1000-dək adda monoqrafiya, dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.
Sonra iştirakçılar sərgi ilə tanış olmuşlar. Burada alimlərin kimya, riyaziyyat, ədəbiyyat, hüquq, fizika və digər elm sahələrinə aid 100-dən çox adda kitabları (onlardan 62 adda kitab BDU-nun nəşriyyatında çap edilmişdir) nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
- 05.06.2026 [18:50]
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan
- 05.06.2026 [18:44]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:26]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [18:20]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [18:00]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:49]
“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar
- 05.06.2026 [17:47]