BAKI FOND BİRJASINDA DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 2 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 91 gün olan dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar sentyabrın 16-da ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.