BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 16-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 2 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 182 gün olan dövlət qısamüddətli istiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar dekabrın 16-da ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.