BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 5 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 364 gün olan dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İstiqrazlar 2009-cu il aprelin 17-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.