Bakı-Kiyev sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Bakı, 13 aprel, AZƏRTAC
Bakı-Kiyev sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, aprelin 21-dən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.
Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - həftənin VI günləri saat 01:35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək. Qatar aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakı sərnişin stansiyasına çatacaq.
Cədvəl
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]