Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda beşulduzlu “JW Marriott Absheron” oteli açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “JW Marriott Absheron” otelinin açılışında iştirak etmişlər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin ölkəmizdəki ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir.

Qeyd edildi ki, oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır.

Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.

Bildirildi ki, otelin binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malik olacaqlar. Mərkəzdə altı prosedur otağı, daxili hovuz, buxar otağı və sauna vardır.

Qeyd edildi ki, işgüzar görüşlər və konfransların keçirilməsi üçün oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı vardır. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı otelin terrasında da yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, otelin həyətindən bulvara çıxan yeraltı keçid də tikilir.

“JW Marriott Absheron” oteli Azərbaycanın böyük turizm potensialına malik olmasını və tezliklə respublikamızın dünyanın elit turizm mərkəzlərindən birinə çevriləcəyini bir daha təsdiqləyir.

Prezident İlham ƏLİYEV otelin işçiləri ilə görüşdü, onları salamlayaraq dedi:

- Bu gün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Bakıda gözəl, möhtəşəm “Marriott” oteli açılır. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da şəhərimizin inkişafı üçün çox vacib olan hadisədir.

Mən çox şadam ki, “Marriott” oteli bütün dünya standartlarına cavab verir. Ən gözəl şərait yaradılıbdır. Qonaqların istirahəti, müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. Otelin xarici görünüşü də, daxili dizaynı da çox gözəldir. Burada bütün işlər böyük zövqlə görülübdür. Mən əminəm ki, bu otel nəinki Azərbaycanın, bütün bölgənin ən gözəl otellərindən birinə çevriləcəkdir. Şübhə etmirəm ki, burada xidmət də yüksək səviyyədə olacaqdır. Çünki “Marriott” dünya şöhrətli otellər şəbəkəsidir. “Marriott”un Azərbaycana gəlməsi, eyni zamanda, Azərbaycanda gedən inkişafın əlamətidir.

Eyni zamanda, qeyd etmək istəyirəm və çox şadam ki, otel öz tarixi “Abşeron” adını da saxlayıbdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Bir tərəfdə “Abşeron”, digər tərəfdə “Azərbaycan” otellərinin tikilməsi bizim əsas meydanımızın hüdudlarını da müəyyən etmişdi. İndiki dövrdə artıq həyat yeni inkişaf dinamikası tələb edir. Mən çox şadam ki, Bakının bugünkü mənzərəsində yenə bizim əsas meydanımız olan Azadlıq meydanı iki gözəl otellə əhatə olunub və beləliklə, bu gözəl meydan tamamlanır.

Otelin tikintisi Azərbaycana investorlar tərəfindən göstərilən diqqətin də əlamətidir. Dünya şöhrətli otellər şəbəkələrinin Azərbaycana gəlməsi və fəaliyyətə başlaması Azərbaycanda gözəl investisiya iqliminin təzahürüdür. Biz bütün sahələrdə investisiyaları alqışlayırıq və çox şadam ki, hazırda turizm sektoruna, otelçilik sektoruna sərmayə qoyulur. Təkcə son bir il ərzində şəhərimizdə dörd beşulduzlu otel istifadəyə verilibdir. Bu, dördüncüsüdür və yaxın aylar ərzində Bakıda daha iki beşulduzlu otel açılacaqdır. Hesab edirəm ki, bu, bölgənin tarixində nadir bir hadisədir. Bir il, ilyarım ərzində bir şəhərdə beşulduzlu altı otel yaradılır və bu şəhərin adı Bakıdır. Bakı bu inkişafa layiqdir. Çünki Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Qədim Bakının gözəlliyi vardır və bu, bizim qürur mənbəyimizdir. Eyni zamanda, gəncləşən, müasirləşən Bakı da dünya miqyasında artıq özünə yer tuta bilibdir.

Otelin ətrafı da abadlaşdırılır. Qonaqlar burada tikilmiş yeraltı keçid vasitəsilə bulvara çıxacaqlar. Bakının tarixi bulvarı buradan, bu nöqtədən başlayır. Tarixi bulvarımızın uzunluğu 3,5 kilometr təşkil edir. Vaxtilə, Sovet İttifaqında məsafə baxımından ən böyük bulvar Bakı bulvarı idi. Ancaq müasir Bakının, müasir Azərbaycanın inkişafı tələb edirdi ki, biz bulvarın da uzunluğunu artıraq. Hazırda yeni bulvarın tikintisi, Bayraq Meydanında dənizkənarı zolaqların tikintisi nəticəsində ayyarım bundan sonra Bakı bulvarının - köhnə, yeni və Bayraq Meydanındakı bulvarın uzunluğu 14-15 kilometrə çatacaqdır.

Bu məqsədlə bulvar üçün yeni kiçik avtobuslar sifariş edilibdir. Bulvardan Bayraq Meydanına qədər dəniz taksiləri işləyəcəkdir. Yəni, doğrudan da şəhərdə elə nadir şərait yaradılır ki, bunun analoqunu tapmaq çox çətindir. Qısa müddət ərzində bu qədər inkişaf, bu qədər investisiyalar, doğrudan da ölkəmizin yüksəliş dinamikasını göstərir.

Ölkəmizin bölgələri də inkişaf edir. Bölgələrdə də beşulduzlu otellər tikilir. Şahdağ Qış-Yay Xizək Mərkəzi bu ilin sonunda açılacaqdır. Bu da dünya miqyasında ən gözəl xizək kurortu olacaqdır. Hazırda orada da bir neçə beşulduzlu otel tikilir.

Gələcəkdə Azərbaycana turistlərin gəlişi nəticəsində ölkəmiz dünyanın turizm xəritəsində də öz yerini tapacaqdır. Bu gün bölgənin iqtisadi, siyasi mərkəzi Azərbaycandır. Bu gün qitənin enerji mərkəzi Azərbaycandır. Mən çox istəyirəm ki, Azərbaycan bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevrilsin. Buna imkanlar vardır.

Bizim çox gözəl ölkəmiz, çox gözəl insanlarımız vardır. Azərbaycan vətəndaşları çox qonaqpərvərdirlər. Xarici qonaqlara həmişə böyük hörmət və diqqət vardır. Gözəl iqlimimiz vardır. Təhlükəsizlik şəraiti çox yaxşıdır. Gecə-gündüz insanlar təhlükəsiz şəraitdə gəzə, dincələ bilirlər. Gözəl coğrafi vəziyyətimiz vardır. Şəhərin infrastrukturu yeniləşir və artıq gözəl, möhtəşəm otellərimiz vardır. İstənilən beynəlxalq tədbiri Azərbaycanda keçirmək üçün çox gözəl şərait vardır.

Mən dünyanın müxtəlif yerlərində olmuşam. Müqayisə aparmaq üçün kifayət qədər imkanlarım vardır. Həmişə çalışmışam ki, biz dünyada ən gözəl təcrübəni Azərbaycanda tətbiq edək, əlbəttə ki, öz xüsusiyyətlərimizi nəzərə almaq şərti ilə. Deyə bilərəm ki, dünya miqyasında çox kiçik bir ərazidə bu qədər gözəl otellərin tikintisinə çox nadir hallarda rast gəlmək olar. Bakıda biz bunu görürük. Bakıda yaşamaq, işləmək, dincəlmək üçün bütün şərait vardır.

Mən, eyni zamanda, şadam ki, “Marriott” oteli memarlıq baxımından da çox gözəldir. Biz buna da daim fikir verməliyik. Çünki bizim gözəl şəhərin özünəməxsus memarlıq ənənələri vardır. Qədim şəhərimizin, burada XIX əsrdə tikilmiş binaların və müasir binaların memarlığı çox gözəldir. Əsas məsələ ondan ibarət idi ki, bu stillərin arasında olan fərqlər ümumi mənzərəni pozmasın, əksinə, ümumi mənzərəyə gözəl məqamları əlavə etsin. Mən hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki Bakıda qədim binalar, müasir binalar bir-biri ilə harmoniya təşkil edir. Bütün işlər böyük zövqlə görülür. Əlbəttə ki, şəhərimizin hər bir guşəsində aparılan quruculuq-abadlıq işləri daim mənim diqqətimin mərkəzindədir.

Biz Bakını bağlar, parklar, bulvarlar şəhərinə çeviririk. Bakı bizim gözəl şəhərimizdir və bu gün tam məsuliyyətlə deyə bilərəm ki, dünyanın ən gözəl şəhərlərindən biridir.

Əlbəttə, belə gözəl otellərin tikintisi, beynəlxalq brendlərin, dünya şöhrətli otel şəbəkələrinin Azərbaycana gəlməsi imkanlarımızı, bizə olan inamı daha da artırır, digər sahələrə investisiyaların qoyuluşunu təşviq edir.

Sual yarana bilərdi ki, nə üçün şəhərdə bir il yarım ərzində beşulduzlu altı otel tikilir? Bu otellər necə işləyəcək? Kifayət qədər qonaq olacaq, yoxsa yox? Mən əminəm ki, olacaqdır. Mən əminəm ki, bu beşulduzlu altı otel bizə kifayət etməyəcəkdir. Çünki ölkəmizin, şəhərimizin inkişafı o qədər sürətlə gedir, Bakıya gəlmək istəyənlərin sayı o qədər sürətlə artır ki, mən hesab edirəm, gələcəkdə də otellərin tikintisinə böyük ehtiyac vardır.

Ancaq əlbəttə ki, şəhərimizin tarixi, gözəl yerləri vardır. Bu yerlər demək olar ki, artıq tutulub, Azadlıq meydanı, Azneft meydanı, şəhərimizin yuxarı hissəsində beşulduzlu otellər tikilir. Bu otellər arasında sağlam rəqabət aparılacaqdır. İki il bundan əvvəl Bakıda bəlkə bir və ya iki beşulduzlu otel var idi, bir növ monopoliya yaradılmışdı. Ancaq indi sağlam rəqabət şəraitində hər bir brend öz imkanlarını ortaya qoyacaqdır və bir daha demək istəyirəm ki, bu, əlbəttə, bizim ümumi inkişafımıza böyük töhfədir.

Bu, məni çox sevindirir. Mən bu gün çox şadam ki, bu gözəl, müasir, möhtəşəm, böyük zövqlə tikilmiş otel fəaliyyətə başlayır. Əminəm ki, burada çalışan insanlar da hazırlıqlı, peşəkar insanlardır. Əminəm ki, siz də qonaqlara gözəl xidmət göstərəcəksiniz.

Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri

Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq

Şuşada azad edilmiş ərazilərdə biznes imkanlarına dair panel müzakirələr keçirilib VİDEO

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

® “Azercell”in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib