Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi” mövzusunda konfrans keçirilib

Bakı, 6 may, Nəriman Həsənov, AZƏRTAC

Mayın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək konfrans iştirakçılarını bütün dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük xidmətləri olan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi münasibətilə təbrik edib.

S.Möhbalıyev bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan BƏT-lə sıx əməkdaşlıq etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsindən bəhrələnmək imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

AHİK sədri qeyd edib ki, Azərbaycanın BƏT-lə qarşılıqlı fəaliyyəti mütəmadi imzalanan əməkdaşlıq proqramları ilə həyata keçirilir. Bu proqramlarda məşğulluğun imkanlarının genişləndirilməsi və ölkəmizdə yeni iş yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin yüksəldilməsi və sosial müdafiənin gücləndirilməsi, eləcə də beynəlxalq əmək standartlarına riayət edilməsi və sosial dialoqun inkişafı məsələlərinə dair müxtəlif qarşılıqlı fəaliyyət formaları nəzərdə tutulur. BƏT Azərbaycana sosial-əmək qanunvericiliyinin ekspertizasının aparılmasına, sosial tərəfdaşlıq konsepsiyasının, istehsalatda işçi kadrlarının hazırlanmasının modul sisteminin təcrübədə tətbiq olunmasına, məşğulluq, sosial müdafiə və pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə, əmək sahəsində statistikanın inkişafına, peşələrin təsnifatının aparılmasına, mütəxəssislərin hazırlanmasına məsləhətçi yardımı göstərir.

S.Möhbalıyev daha sonra qeyd edib ki, ötən 27 il ərzində AHİK-lə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində fəal əlaqələr yaradılıb, son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, forumlar, təqdimatlar və tədbirlər keçirilib.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilmiş Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaranması və orada sosial dialoqun təşkili layihəsi xüsusi maraq doğurub. Layihə çərçivəsində “Respublikada fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması təcrübəsi, perspektivləri və çətinlikləri” mövzusunda dəyirmi masa, “Həmkarlar ittifaqları və transmilli şirkətlər” mövzusunda seminar və konfrans keçirilib. Bu tədbirlərdə müvafiq mövzular müzakirə edilib və müzakirələrin nəticəsi olaraq müxtəlif sənədlər hazırlanıb.

AHİK sədri deyib ki, ötən müddətdə Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib. AHİK də BƏT-in konvensiyalarının ölkəmizdə tətbiqi ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və sahə həmkarlar ittifaqının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən sessiyalarında Azərbaycan Respublikasının hökumət nümayəndələri ilə birlikdə iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqelərini ortaya qoyurlar. Respublikamız Avropa Şurasının Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulduqdan sonra Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bütün imkanlardan maksimum istifadə edir.

Səttar Möhbalıyev vurğulayıb ki, BƏT-in Əməyin gələcək sferası üzrə Qlobal Komissiyasının hesabatında insan həyatına istiqamətlənmiş ictimai müqavilənin yerinə yetirilməsi əsas yerlərdən birini tutur.

Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb və 2016-cı ilin sentyabrında qəbul edilib. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.

Qeyd edilib ki, AHİK öz imkanlarını BƏT-in “Ədalətli qloballaşma naminə sosial ədalət” haqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbər edib.

Sədr iştirakçıların nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq. Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə başçısının böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının bir daha şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da öz töhfəsini verəcək.

“Dünya təcrübəsi göstərir ki, sosial tərəfdaşlığın səmərəli olması üçün güclü həmkarlar ittifaqı və güclü işəgötürənlər təşkilatı lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda isə 115 ilə yaxındır ki, imzalanıb. Yüz illiyini qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli əməkdaşlığın və sosial tərəfdaşlığın inkişafına böyük təkan verib. Üçtərəfli sosial tərəfdaşlıq artıq həmkarlar ittifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial dialoqun inkişafının əsas mərhələsinə çevrilib.

AHİK sədri əminliyini ifadə edərək deyib ki, Beynəlxalq Əmək Təşkilatı yaranmasının ikinci yüzilliyinə yüksək səviyyədə hazırlanmış müasir proqram sənədlərlə daxil olacaq. Bu istiqamətdə o, BƏT-in üzvü olan dövlətlərin qarşısında çox mühüm vəzifələrin dayandığını bildirib. 2015-ci ildən hazırlanan sənədlərə əsasən, əmək sahəsinin gələcəyi məsələsi dövlətlərarası dialoqun başlanmasına səbəb olub və bu, yüzilliyin əsas dialoqlarının mövzusuna çevrilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının və yenidən hazırlığının təşkili məsələlərində BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini və bunun 4 mininin hüquqi şəxs olduğunu bildirib. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək iqtisadi inkişafa və yüksək təminatlı məşğulluğa nail olacağına əminliyini ifadə edib.

Daha sonra BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti bürosunun rəisi Serqius Qlovaskas çıxış edib və konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT-də çox böyük əməyi olan Azərbaycan təşkilatın idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay Rayderin Azərbaycana ilk səfərindən danışıb, texniki əməkdaşlıqla bağlı üçtərəfli komissiyanın yaradılması və proqramların imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Serqius Qlovaskas BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevə, sədrin birinci müavini İlyas Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəfərova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova BƏT-in fəxri fərmanlarını təqdim edib.

Konfrans daha sonra öz işini 3 panel üzrə - “Əməyin gələcək sferası. Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”, “Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında qruplarda davam etdirilib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir