BAKIDA “NATO/SNT ETİMAD FONDLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏKDİR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “NATO həftəsi” çərçivəsində iyunun 26-dan 27-dək Bakıda “NATO/SNT Etimad Fondları” mövzusunda seminar keçiriləcəkdir.
İlk dəfə tərəfdaş ölkə ərazisində təşkil olunacaq bu tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlər, Aralıq Dənizi Dialoqu və digər ölkələrdən 70-ə qədər nümayəndə iştirak edəcəkdir.
NATO/SNT Etimad fondlarından biri Azərbaycanda, Ağstafa rayonunun Saloğlu kəndində ərazinin sursat və mərmilərdən təmizlənməsi üzrə həyata keçirilir.
Seminara NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons sədrlik edəcəkdir.
Səfər çərçivəsində R.Simmons Azərbaycan rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]