Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb YENİLƏNİB 3 VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə 44 ölkədən 170 nümayəndə, o cümlədən parlament üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Parlamentlərarası İttifaqın bu mötəbər toplantısı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. Sədr deyib ki, ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Bu gün bir çox tədqiqatçılar dayanıqlı inkişaf prinsiplərinə keçidi sosial mühəndisliyin xüsusi bir metodu və “ekoloji politologiya” adlandırırlar. Söhbət qloballaşmanın və böhranlı halların mənfi nəticələrini aradan qaldırmağa yönələn siyasi fəaliyyətdən və ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etməkdən gedir. Nəticə etibarilə, bütün bunlar indiki və gələcək nəsillər üçün daha etibarlı, ədalətli və humanist bir dünya qurulmasına gətirib çıxarmalıdır. “Bu baxımdan inanıram ki, konfransın sessiyalarında aparılacaq fikir mübadilələri və müzakirələr dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını müəyyən etməyə imkan verəcək”, - deyə o əlavə edib.

Oqtay Əsədov bildirib ki, dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə dəyərli töhfələr verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin gücləndiyi dövrdə gənclər müxtəlif mədəniyyətlərə xas dəyərləri və yeni ideyaları daha tez mənimsəyirlər. Bununla əlaqədar xüsusi qeyd edilməlidir ki, bəşər sivilizasiyasının inkişafının müasir mərhələsində milli eqoizm və müstəsnalıq düşüncəsinin aradan qaldırılması, müharibə və zorakılıq fəlsəfəsinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə əvəz edilməsi üçün obyektiv imkanlar yaranıb. Yeni dünya nizamının formalaşmasında məhz gənclər həlledici rol oynamalıdırlar.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan Respublikasında gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunurlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

Gənclərin Azərbaycan parlamentində də önəmli mövqelərə malik olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində də yaxından iştirak edirlər. Həmçinin Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. “Yeri gəlmişkən qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr olunmuş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, eləcə də 2008-ci ildə BMT Baş Məclisinin qətnaməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib”, - deyə parlament sədri vurğulayıb. O əlavə edib ki, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Sədr həm ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll ediləcəyinə əminliyini bildirib.

Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin ölkəmizin siyasi həyatında çox önəmli hadisə olduğunu diqqətə çatdıran sədr deyib: “İnanıram ki, qlobal konfransda 4 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq və Qərb dünyaları arasında körpü rolunu oynayan Azərbaycan haqqında dolğun məlumat alacaq, müxtəlif mədəniyyətlərin vətəni olan ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”.

Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O deyib ki, Azərbaycan gənclərlə bağlı və bu günün çağırışlarını qət etmək üçün yeni innovasiyalı həll yollarına dair təkliflər irəli sürür və onların həyata keçirilməsinə yaxşı şərait yaradır. Bu sahədə mövcud olan çağırışların aradan qaldırılması istiqamətində Azərbaycanda mühüm addımlar atılır.

Qabriela Kuevas Barron konfrans çərçivəsində aparılan müzakirələrin dünyadakı çağırışların dəf edilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. “Bu gün dünyada gedən dəyişikliklər göstərir ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. Biz bilirik ki, iqlim dəyişikliyi nəticəsində qlobal temperatur 1,5 dərəcə artıb. Bu statistik məlumatları nəzərə almalı, ətraf mühitə yaranan təhdidlərin həyatımıza təsirlərini bilməliyik. Dünya əhalisi növbəti 40 il ərzində 60 faiz artacaq. Bu baxımdan ətraf mühitə olan təsirlər gələcəkdə vəziyyəti daha da çətinləşdirəcək, ərzaqla bağlı çətinliklər yaranacaq. Son bir neçə ildə altı milyard tona yaxın balıq ehtiyatı məhv olub. Buna görə də biz gələcəyimiz naminə seçimlərimizi doğru etməli, qərarlarımızı düzgün hesablamalıyıq”, - deyə o bildirib.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru deyib ki, qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir. Çünki onlar cəmiyyətin aparıcı qüvvələridir. O bildirib ki, gənclər səylərini birləşdirməli, təcrübələrini bölüşərək qlobal səviyyədə səslərini eşitdirməlidirlər. “Biz ikigünlük konfrans çərçivəsində gələcək addımlarımızı müəyyənləşdirməliyik. Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi mövzusunda keçirilən bu konfrans dialoq və məlumat mübadiləsi üçün yaxşı platformadır”, - deyə o bildirib.

Gənclərin parlamentdə iştirakçılığının artırılmasının vacibliyini qeyd edən Mourine Osoru bildirib ki, onlar dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanın gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verib. Azərbaycanın gənc ölkə olduğunu söyləyən nazir deyib ki, bizim əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Bu isə əhalinin üçdəiki hissəsi deməkdir. Nazir bildirib ki, ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, 2007-ci ildə ona düzəlişlər edilib. Bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də ölkəmizdə ilk Gənclər Forumu keçirilib. 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu yaradılıb. 2015-ci ildən Milli Məclisdə gənclər və idman komitəsi fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artırılıb. Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə gənclərlə bağlılığı olan 300-dən çox qeyri-hökumət təşkilatı var. Gənc sahibkarlar dəstəklənir və onların öz bizneslərini yaratmalarına lazımi kömək göstərilir. Eyni zamanda, Azərbaycan dövləti 2007-ci ildən bu günə kimi dünyanın 100 universitetində 3600-dən çox tələbənin təhsil alması üçün maliyyə yardımı göstərib. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatda təmsil olunurlar.

Sonra birgə foto çəkdirilib.

Konfransın “Planetimizin gələcək üçün mühafizəsi: ətraf mühitin qorunmasında gənclərin rolu” mövzusunda birinci sessiyasında Təbiət Qanunu Fondunun prezidenti Toni Oposa “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” adlı videomüraciətlə çıxış edib.

Konfrans panel müzakirələrlə davam edib.

Panel müzakirələrdə Boliviya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin idarə heyətinin üzvü Rut İtamari Betsaida Çok, “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov, Zambiyanın Yaşıl Partiyasının baş katibi Daniel Siçilonqo mövzu ilə bağlı çıxış ediblər. Etibar Abbasov bildirib ki, tullantıların idarə olunması ətraf mühitin qorunmasında böyük rol oynayır. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. İnkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantıların miqdarı 400-500 kiloqram arasında dəyişir. Azərbaycanda isə bu, 350 kiloqramdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen paketlərin istifadəsinin azaldılması istiqamətində optimal variantlar axtarışındadır. Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsinin tədricən azaldılması nəzərdə tutulur.

Panel iştirakçıları planetin ekoloji cəhətdən daha yaxşı qorunması ilə bağlı təkliflər irəli sürüblər.

“Paradiqmanın dəyişdirilməsi: gələcək nəsillər üçün davamlı istehlak və istehsal” mövzusunda ikinci sessiyada Kanadanın ətraf mühit və davamlı inkişaf üzrə komissarı Cudi Gelfandın videomüraciəti səslənib.

Panel müzakirələrdə Kosta-Rikanın deputatı Viales Villeqas, çinli deputat Zigang Yu, Ruandanın parlament üzvü Albert Ruhakana, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzu ilə bağlı çıxış ediblər.

“Güclü gələcək: sabahın təhsili” mövzusunda üçüncü sessiyada fələstinli yazıçı, vəkil Çaker Xazzal məruzə ilə çıxış edib.

Müzakirələrdə UNESCO-nun nümayəndəsi Meirgul Alpisbayevanın, Küveytdən olan deputat Omar Altabtababeenin, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin, Qazaxıstan parlamentinin üzvü Bəxtiyar Makenin və digərlərinin çıxışları dinlənilib.

Sonra gənc deputatlar Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə söz verərək and içiblər.

Toplantıda azərbaycanlı deputatlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ekoloji mühitə külli miqdarda ziyan vurduğunu deyiblər. Eyni zamanda, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının region, bütövlükdə dünya üçün yaratdığı təhlükədən danışılıb.

Gənc deputatlar dünyada baş verən münaqişələrə, fəlakətlərə, müharibələrə son qoyulması üçün müxtəlif təkliflərlə çıxış ediblər.

Konfrans işini dekabrın 15-də davam etdirəcək.

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb YENİLƏNİB 3 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb