İQTİSADİYYAT
Bakıda Xəzər-Avropa biznes forumu keçiriləcəkdir
Bakı, 2 yanvar (AZƏRTAC). Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) prezidenti Telman Əliyevin sözlərinə görə, cari ilin aprelində Bakıda CEİBC-nin təşkilatçılığı ilə birinci Xəzər—Avropa biznes forumu keçiriləcəkdir. Forumun baş informasiya tərəfdaşı Caspian Energy Beynəlxalq Media Qrupudur.
T.Əliyev demişdir: “Bu forum Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyinin dəstəyi, habelə Aİ və MDB ölkələri səfirliklərinin və diplomatik missiyalarının iştirakı ilə təşkil ediləcəkdir”.
Birinci Xəzər-Avropa biznes forumu çərçivəsində Aİ və MDB ölkələrinin rəsmi şəxslərinin, habelə transmilli, iri milli və özəl şirkət və holdinqlərin top-menecerlərinin məruzə ilə çıxış edəcəkləri gözlənilir. Rəsmi hissə başa çatandan sonra Aİ və MDB şirkətləri rəhbərlərinin biznes forum çərçivəsində ikitərəfli danışıqları nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]