“BANK RESPUBLİKA”NIN PLASTİK KART SAHİBLƏRİ YENİ ENDİRİMLƏR ƏLDƏ EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın MasterCard və VISA plastik kart sahibləri bankın endirim proqramına yeni qoşulmuş Enjoyment, Faik Sönmez qadın geyimləri, Ramsey kişi geyimləri mağazalarında 10-18 faizədək məbləğində endirim əldə edəcəklər.
Endirimlər bankın kartlarına - MasterCard (Standard, Gold, Platinum), Cirrus / Maestro, VISA (Electron, Classic, Gold, Platinum), həmçinin korporativ kartlar olan MasterCard Business, Maestro Salary və VISA Electron Salary şamil olunur.
“Bank Respublika”nın endirim proqramı üzrə mal və xidmətlərə görə kartını satış-xidmət müəssisəsində göstərmək lazımdır.
Əgər satış-xidmət müəssisəsi öz fərdi endirim kampaniyasını keçirirsə, bu zaman “Bank Respublika”nın plastik kart sahiblərinə nəzərdə tutulan endirim satış-xidmət müəssisəsinin öz endiriminə əlavə edilmir.
“Bank Respublika” müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank kartlar üzrə ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 5000 AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanı mövcuddur. Bank həmçinin kartlar üzrə MobilBank, Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.
“Bank Respublika” plastik kart müştəriləri arasında “Malta Səyahəti” uduş kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Malta səyahətidir. 11 əlavə mükafatlar isə 1 noutbuk və 10 ədəd iPod Touch audio-video pleyerindən ibarətdir.