REGİONLAR
Barama istehsalında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanda cari ilin ilk yeddi ayında 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280,8 min ton olub. Həmçinin süd istehsalı 1,2 faiz artaraq 1 milyon 199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,7 min ton təşkil edib.
Hesabat dövründə ötən ilin yeddi ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]