CƏMİYYƏT
Baş prokuror: Əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Ötən il əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev qurumun 2023-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, hesabat dövründə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.
Vurğulanıb ki, 2020-ci ilin 1 may tarixindən bu vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb.