CƏMİYYƏT
Baş prokuror: Ötən il prokurorluq orqanları tərəfindən 76,2 milyon məbləğində ziyan ödətdirilib
![Baş prokuror: Ötən il prokurorluq orqanları tərəfindən 76,2 milyon məbləğində ziyan ödətdirilib](/files/2024/1/1200x630/17062512892062216019_1200x630.jpg)
Bakı, 26 yanvar, AZƏRTAC
Prokurorluq orqanları tərəfindən ötən il 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 44,5 milyon manata yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev qurumun ötən ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.