BDU və Türkiyənin Akdeniz Universitetinin əməkdaşları arasında onlayn görüş olub
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi ilə Türkiyənin Akdeniz Universitetinin Coğrafiya bölməsi arasında elmi və akademik əməkdaşlıq imkanlarının müzakirəsinə dair onlayn görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, dekan müavinləri Eltac Cəbiyev və Qoşqar Məmmədov, professor Aydın İbrahimov, müəllim Anar Nuriyev, Akdeniz Universitetinin Coğrafiya bölməsinin rəhbəri professor Cemali Sarı, rəhbər köməkçisi Çağlar Çakır, professor Tuncer Demir və beynəlxalq əlaqələr koordinatoru Mehmet Tahsin Şahin iştirak ediblər.
Görüş zamanı professor Məqsəd Qocamanov BDU-nun və Coğrafiya fakültəsinin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Akdeniz Universitetinin nümayəndələri də təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyətinə dair təqdimatla çıxış ediblər. Tərəflər tələbə-müəllim mübadiləsi, birgə tədqiqat layihələri və elmi konfransların təşkili sahəsində əməkdaşlığa dair ilkin razılıq əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]