BƏƏ banisinin rəsmini əks etdirən yüksək texnologiyalı holoqram yaradılıb
Əbu-Dabi, 8 may, AZƏRTAC
Dubayda Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nahyanın anadan olmasının 100 illiyi münasibətilə onun rəsmini əks etdirən ultra-realistik, yüksək texnologiyalı holoqram yaradılıb.
AZƏRTAC Əmirliklərin KİV-lərinə istinadla xəbər verir ki, holoqramda gənc nəslə ünvanlanan nitq səsləndirilir. Holoqram “New Dimension Productions” şirkəti tərəfindən 3D texnologiyası əsasında hazırlanıb. Bu texnologiya Şeyx Zayedin simasının teksturasını yaratmağa, başının hərəkətlərini təkrar etməyə və üz cizgilərinin xırda hissələrini bir yerə toplamağa imkan yaradır. Holoqram üzərində ekspertlər komandası çalışıb, 400 saatdan artıq vaxt sərf olunub. Şirkətin ekspertlər komandası 3D modelləşməsindən, animasiya və vizual effektlərdən tamamilə yeni səviyyədə istifadə ediblər.
Xatırladaq ki, 2018-ci il Birləşmiş Ərəb Əmirliklərində “Şeyx Zayed İli” elan olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]