SİYASƏT
Belarusun Azərbaycandakı səfirliyi dekabrın 2-dən Bakıda yeni ünvanda fəaliyyət göstərəcəkdir
Bakı, 30 noyabr (AZƏRTAC). Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi yeni ünvanda fəaliyyət göstərəcəkdir.
AZƏRTAC xəbər verir ki, səfirlikdən alınan məlumata görə, Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və səfirliyin konsul şöbəsi 2013-cü il dekabrın 2-dən aşağıdakı ünvanda yerləşəcəkdir: Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 8.
Xatırladaq ki, Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimi noyabrın 20-də olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakıda rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko açılış mərasimində iştirak etmişlər.