BƏLƏDİYYƏLƏRİN 2007-Cİ İL DEKABRIN 1-DƏN SONRA SATDIQLARI TORPAQLAR QEYDİYYATA ALINMAYACAQDIR
Bakı, 27 fevral (AZƏRTAC). “2007-ci ilin noyabrınadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasına bizim tərəfdən heç vaxt heç bir problem yaradılmamışdır. Lakin bu, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 oktyabr tarixli Fərmanının və 2007-ci il 23 noyabr tarixli Sərəncamının qüvvəyə minməsindən sonrakı dövrə şamil edilmir. Məlum olduğu kimi, dövlət başçısının həmin Fərman və Sərəncamında göstərilir ki, 2007-ci il dekabrın 1-dən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”.
Bu sözləri jurnalistlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirmişdir. Onun sözlərinə görə, 2007-ci il dekabrın 1-dən sonra bələdiyyələrin satdıqları torpaqlar qeyri-qanuni hesab edilir və DƏDRX-in ərazi qurumları tərəfindən qeydiyyata alına bilməz. Xidmət rəisi demişdir: “Mən 2007-ci il dekabrın 1-dən sonra bələdiyyələrdən torpaq əldə etmiş vətəndaşlara məsləhət görərdim ki, bu torpaqların yeni qaydaların tələblərinə uyğun olaraq, elə həmin bələdiyyələrin vasitəsilə rəsmiləşdirilməsi ilə məşğul olsunlar. Şübhəsiz, bu məsələnin mexanizminin müəyyən edilməsi hərracın səlahiyyətlərinə daxildir. Hesab edirəm ki, əgər bu torpaqları bələdiyyə qeyri-qanuni satıbsa, vətəndaşın bu məqsədlə bələdiyyəyə ödədiyi xərclər nəzərə alınmaqla, problemin həllinin hüquqi forması tapılmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:33]
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb
- 17.05.2026 [13:23]