Beynəlxalq Daşınmaz Əmlak Federasiyası: 2030-cu ilədək 3 milyard insanın mənzillərə ehtiyacı olacaq
Bakı, 17 may, AZƏRTAC
2030-cu ilədək 3 milyard insanın mənzillərə çıxışa ehtiyacı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Biznes Assambleyasında çıxışı zamanı Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampaqnoli deyib.
O adekvat yaşayış yerlərinin yaradılmasının vacibliyini qeyd edib.
“Adekvat mənzil təminatında iqlim dəyişikliklərinin nəzərə alınması çox vacibdir. Daha çox mənzil tikmək ölkələr və hökumətlər qarşısında əsas məsuliyyət olmamalıdır. Bu prosesin planlaşdırma, xidmətlərə əlçatanlıq, iqlim dəyişikliyinin təsirləri nəzərə alınmaqla həyata keçirilməsi olduqca vacibdir. 2030-cu ilə qədər 3 milyard insan hökumətlərə, şəhərlərə, bazarlara və qurumlara təzyiq göstərərək təhlükəsiz, əlverişli və iqlimədavamlı mənzillərə çıxış tələb edəcək”, - deyə FIABCI-nin prezidenti əlavə edib.
Fotoqraf – Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [15:04]
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası - YENİLƏNİB
- 17.05.2026 [15:00]