Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi: Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir
Bakı, 17 may, AZƏRTAC
Qlobal Saziş Şəbəkəsi olaraq bizim diqqətimiz sosial sahəyə, inkişafa və biznesə yönəlib. Əgər belə demək mümkündürsə, biz daha dayanıqlı təcrübələrin tətbiqi üçün məsuliyyətli biznes və inkişafı təşviq edən üzvlük təşkilatıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi Samir Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.
Bu gün biznesin reallığı dəyişdiyini diqqətə çatdıran Samir Məmmədov deyib: "Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir. Bu, istər zərər, istərsə də mənfəət şəklində birbaşa pula çevrilir. Bu, innovasiya tələb edir. Biznesin hər bir sahəsində olduğu kimi, burada da ya qalib gəlirsiniz, ya da uduzursunuz".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:58]
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]