Bərdədə 9730 hektar sahədə pambıq becəriləcək
Bərdə, 1 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Bərdə pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayonda 9630 hektar sahədə pambıq becərilib, 25 min 371,5 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,3 sentner olub. 2015-ci illə müqayisədə 2018-ci ildə pambıq əkini sahəsi 8 dəfə, məhsul istehsalı isə 8,5 dəfə artıb.
Bərdəli fermerlər 2019-cu təsərrüfat ilinə daha əzmlə başlayıblar. Artıq 2041 istehsalçı ilə 9730 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr qış aylarında şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə yaxın günlərdə başlanacaq.
Qeyd edək ki, sovet dövründə Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]