İQTİSADİYYAT
Beş il ərzində “Azexport.az” portalına 3,2 milyard dollarlıq ixrac sifarişləri daxil olub
![](/files/galleryphoto/2023/1/1200x630/1675344721654542720_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1675344721808050666_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16753447213018823035_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/167534472149282761_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
2022-ci ilin yanvar-dekabr aylarında “Azexport.az” portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, ötən ilin dekabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 45,4 milyon dollar təşkil edib.
2022-ci ilin dekabr ayında “Azexport.az” portalına edilən ixrac sifarişlərindən kərə yağı, tütün, balıq kürüsü, tikinti materialı, alma, pomidor, pambıq yağı, pambıq mahlıcı, soğan, toyuq yumurtası və sair məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 dekabr tarixinə kimi (72 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9,8 milyon dollar olub.