CƏMİYYƏT
Beyləqanda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən olunub
Bakı, 9 yanvar, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakini K.Qurbaninin koronavirus testinin nəticəsi pozitiv çıxdığı halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi məlum olub. K.Qurbani şəhər ərazisindəki çay evlərinin birində aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və o, müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.