DÜNYA
Beynəlxalq kreditorlar Yunanıstana veriləcək maliyyə yardımı paketini təsdiq ediblər
Afina, 26 may, AZƏRTAC
Avroqrupun maliyyə nazirləri və Beynəlxalq Valyuta Fondunun nümayəndələri uzun müzakirələrdən sonra Yunanıstana maliyyə yardımı paketinin verilməsini təsdiq ediblər. Yunanıstan Avropanın Stabilləşmə Mexanizminin ehtiyatlarından 10,3 milyard avro yardım alacaq, bununla da ölkə iflasa uğramayacaq.
Yunanıstanda böyük etirazlarla qarşılanan pensiya məbləğinin azaldılması və vergilərin artırılması kimi islahatların aparılması 5,4 milyard avroya qənaət etməyə imkan verəcək. Yunanıstana 86 milyard avro məbləğində yardım verilməsi barədə saziş isə 2015-ci ilin iyununda Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən qəbul olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]