BEYNƏLXALQ “YER GÜNÜ” AZƏRBAYCANDA QEYD EDİLİR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də qeyd olunan beynəlxalq “Yer günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat aparmaq, ölkə ərazisində təmizlik-abadlıq işlərinin görülməsi məqsədi ilə bir sira tədbirlər həyata keçirir.
Nazirliyin qurumları öz xidməti ərazilərində və regionlarda ictimaiyyətin nümayəndələrinin iştirakı ilə iməciliklərin keçirilməsini nəzərdə tutmuşdur.
Eyni zamanda paytaxtda və regionlarda fəaliyyət göstərən təhsil müəssisələrində ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminarlar keçirilir.
Beynəlxalq “Yer günü”nün keçirilmə ənənəsi XIX əsrin 40-cı illərinə təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Con Mortonun təklifi ilə1882-ci il aprelin 22-də rəsmi olaraq bayram günü elan olunan “Ağac günü” 1970-ci ildən ekoloji problemlərə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədi ilə “Yer günü” adlandırılmışdır. Tədricən beynəlxalq xarakter alan bayram hazırda 150 ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Həmin gün insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak edir, ağaclar əkir, yaşadığı əraziləri tullantılardan təmizləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]