“BİLİK DÜNYASI” JURNALI VEB-SAYTINI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Bakı Caz Mərkəzində “Bilik dünyası” jurnalının Elektron Nəşrlər Mərkəzi tərəfindən hazırlanmış “Musiqi lüğəti” internet saytının (lugat.musigi-dunya.az) təqdimatı keçirilmişdir. Lüğət üç dildə- Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.
Multimediya nəşri Azərbaycan bəstəkarı, dirijoru və musiqişünası Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”nin əsasında yaradılmışdır. Üç hissədən ibarət lüğətin birinci hissəsində ənənəvi Azərbaycan musiqisinə aid terminlər, ikinci hissədə ümumi terminlər, üçüncü hissədə isə musiqi templəri verilmişdir.
Təqdimat mərasimini “Bilik dünyası” jurnalı Elektron Nəşrlər Mərkəzinin redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov açaraq yeni nəşr barədə məlumat vermiş və bildirmişdir ki, lüğətdə 6 minə yaxın musiqi termini əlavələr və izahlar, foto və video materiallarla müşayiət olunur.
Yeni internet saytı musiqi irsinin öyrənilməsində, habelə Azərbaycan musiqisinin təbliğində mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [23:24]
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
- 05.06.2026 [22:40]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]