İQTİSADİYYAT
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır
Bakı, 12 iyul (AZƏRTAC). Təmir işləri ilə əlaqədar iyulun 12-də saat 09:00-dan 18:00-dək “Ağsu” qazpaylayıcı stansiyasından qidalanan “Kürdəmir” ölçü qovşağında, saat 09:00-dan “Cəfərabad” avtomatik qazpaylayıcı stansiyasından Şəki rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Xırdalan” qazpaylayıcı stansiyasında “8-Xırdalan” ölçü qovşağından qidalanan 273 millimertlik “Xırdalan-Mexkalon” orta təzyiqli qaz kəmərində, həmçinin “Ağköynək”, “Əskipara-1”, “Əskipara-2” avtomatik qazpaylayıcı stansiyalarında, “Qazax” qazpaylayıcı stansiyasında, “Xanlıqlar” qaztənzimləyici məntəqəsində, saat 10:00-dan 16:00-dək “Türkan-1” qazpaylayıcı stansiyasından qidalanan Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək “Sumqayıt” qazpaylayıcı stansiyasından qidalanan “Şəhər qazı-1” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək “Ramanı” qazpaylayıcı stansiyasından qidalanan “Ramanı” ölçü qovşağında, saat 11:00-dan 19:00-dək isə “Maştağa” qazpaylayıcı stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təmir işləri aparılan müddətdə Kürdəmir, Qazax, Şəki rayonlarına, Sumqayıt şəhərinə, Sabunçu rayonunun Maştağa, Nardaran, Ramanı qəsəbələrinin bir hissəsinə, Abşeron rayonunun Mexkalon adlanan yaşayış massivinə və Xəzər rayonunun Türkan qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaqdır.