Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bir sıra ölkələrin şirkətlərinin azad olunmuş ərzilərimizdə aparılan işlərdə iştirakı “Qarabağ Azərbaycandır!” reallığının təsdiqidir

Bir sıra ölkələrin şirkətlərinin azad olunmuş ərzilərimizdə aparılan işlərdə iştirakı “Qarabağ Azərbaycandır!” reallığının təsdiqidir

Bakı, 10 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanat Ermənistanın işğalçılıq siyasətinin sonu oldu. Doqquz bənddən ibarət Bəyanat Azərbaycanın şanlı Qələbəsinin təsdiqidir. Otuz il davam edən beynəlxalq riyakarlıq, beynəlxalq hüququn normalarına hörmətsizlik, dünyada başa alıb gedən islamofobiya, ikili standartlar Qarabağ münaqişəsinin güc yolu ilə həllini qaçılmaz etdi. Artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il martın 24-də təsis olunmuş, hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 29 il ərzində problemin həllinə yox, dondurulmasına çalışdı və bunun nəticəsində illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Təcavüzkarın bir dəfə də olsun öz adı ilə çağırılmaması, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibətin bəslənilməsi Ermənistanı daha da həyasızlaşdırdı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir və münaqişənin danışıqlar yolu ilə həllinə çalışırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

Ə.Bədəlov vurğulayıb ki, mötəbər beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirir, tərəfləri sülhə çağıran bəyanatlar verməklə işlərini bitmiş hesab edirdilər. Halbuki, BMT Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarması barədə 4 qətnamə qəbul etmişdi. Bu qətnamələr 27 il kağız üzərində qaldı. Digər ölkələr barəsində qətnamələr qəbul ediləndə BMT Təhlükəsizlik Şurası qarşıya qoyulan vəzifənin dərhal yerinə yetirilməsi ilə bağlı dərhal hərəkətə keçir, tələblər irəli sürürdü. Ancaq belə bir şərt və ya tələb Ermənistan qarşısında qoyulmadı. Bu da işğalçı ölkənin əl-qolunu açdı və ermənilər cəzasızlıq mühitindən yararlanaraq qəddarlıqlarını, mənfur niyyətlərini davam etdirdilər. Son iki il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, beynəlxalq hüququn normalarına saymazlığı müharibəni qaçılmaz etdi.

Siyasi şərhçi Ermənistanın sərhədboyu ərazilərdə törətdiyi təxribatlardan və Silahlı Qüvvələrimiz tərəfindən aldığı layiqli cavablardan da söhbət açıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində rəşadətli Ordumuz dörd gün ərzində işğalçılara necə divan tutdusa, onlar silah-sursatını atıb qaçdılar. Həmin döyüşlərdə Ordumuz 25 il işğal altında qalan ərazilərimizin bir hissəsini, o cümlədən strateji əhəmiyyətli yüksəklikləri azad etdi. İki il sonra - 2018-cı ilin mayında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində ümumilikdə 11 min hektarlıq ərazi işğaldan azad olundu. İki il sonra - 2020-ci ildə baş verən Tovuz əməliyyatı zamanı Azərbaycan Ordusu işğalçılara daha bir ağır zərbə vurdu. Ermənistanın siyasi və hərbi rəhbərliyi bunlardan nəticə çıxarmaq əvəzinə, 2020-ci il sentyabrın 27-də sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlar törətdi və bunu müharibəyə çevirdi. Cəmi 44 gün davam edən müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı.

Ə.Bədəlov, həmçinin qeyd edib: “Müharibə başlanan gündən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində rəşadətli Ordumuzun irəliləməsinin, yeni ərazilərimizin azad edilməsinin müjdəsini verirdi. Xalqımız artıq hər gün qəlbə müjdəli xəbərlər eşitməyə adət etmişdi. Qəhrəman Ordumuz hər gün irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Rəşadətli hərbçilərimiz bir amalla vuruşurdu - bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Ermənistan məğlubiyyətini qəbul etdi və noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaqla bu məğlubiyyəti rəsmən təsdiqlədi”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, üçtərəfli Bəyanatın imzalanmasından iki il ötsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir və atəşkəsi pozmaqda davam edir. Ermənilər hətta bir sıra hallarda yenidən təxribatlar törətmək istədilər, lakin başları üzərində “Dəmir yumruq” gördülər. Postmüharibə dövründə münasibətlərin tənzimlənməsi istiqamətində Brüsseldə, Praqada və Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə Ermənistan rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, hətta Fransa Prezidenti Emmanuel Makronun dəstəyinə güvənsələr də, onlar istəklərinə nail ola bilmədilər. Bu görüşlərdə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini Ermənistan da qəbul etmək məcburiyyətində qaldı.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Dünyanın bir neçə ölkəsinin iri şirkətləri də bu işlərdə yaxından iştirak edir. Bu, “Qarabağ Azərbaycandır!” reallığının təsdiqidir”, - deyə Ə.Bədəlov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir