RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN VİTSE-PREZİDENTİ, BAŞ NAZİRİ, DUBAY ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX MƏHƏMMƏD BİN RƏŞİD AL MƏKTUMA
Əlahəzrət,
Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2009-cu il.