BİŞKEKDƏ MDB-NİN TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ŞURASININ 21-Cİ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdə MDB-nin təhsil sahəsində əməkdaşlıq Şurasının 21-ci iclası keçirilmişdir.
İclas iştirakçılarını salamlayan Qırğızıstanın təhsil və elm naziri İşenqul Boldjurova bu sahədə MDB ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunmuşdur. Onun sözlərinə görə, iclasın gündəliyinə çıxarılan məsələlərin həll olunması təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsinə imkan yaradacaqdır.
İclasda MDB-nin vahid təhsil məkanının yaradılması, bu ölkələrdə müasir təhsil texnologiyalarının tətbiqi, həmçinin postsovet məkanında orta və ali təhsilin standartlaşdırılması məsələləri müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, təhsil sahəsində müntəzəm olaraq müxtəlif görüş və konfransların keçirilməsi, tələbə və müəllimlərin mübadiləsi də ümumi işin xeyrinə olardı.
Tədbirdə deyilmişdir ki, MDB ölkələrində təhsilin problemləri ona görə eynidir ki, bu struktur bir bünövrə üzərində qurulmuşdur və eyni xarakterə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]