Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

BİZİM HƏQİQƏTİMİZ QALİB GƏLDİ
REJİSSOR VAQİF MUSTAFAYEVİN “BİR HƏSƏDİN TARİXİ” FİLMİ RUSİYADA YÜKSƏK MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR

Oktyabrın 1-6-da Yekaterinburq şəhərində 13-cü “Rusiya” sənədli kinosu festivalı keçirilmişdir. Tanınmış Azərbaycan rejissoru Vaqif Mustafayevin çəkdiyi “Heydər Əliyev” filminin yeddinci hissəsi - “Bir həsədin tarixi” bu mötəbər festivalın əsas mükafatlarından birinə, münsiflər heyətinin “Dünyanın qüdrətli şəxsiyyətlərinin inandırıcı və parlaq portretinə görə” xüsusi mükafatına layiq görülmüşdür. Filmin müəllifi, kinorejissor, Avropa Kino və Televiziya Akademiyasının üzvü, respublika mədəniyyət nazirinin müavini Vaqif Mustafayev ilə müsahibəni oxuculara təqdim edirik.

SUAL: Vaqif müəllim, dünyada hər il bir sıra mötəbər kinofestivallar keçirilir. Siz nə üçün məhz bu kinoforumu seçdiniz?

CAVAB: Ola bilsin, ona görə ki, Rusiya Mixail Qorbaçovun vətənidir. Bundan əlavə, Rusiyada kinematoqrafın, xüsusən də sənədli kinematoqrafın səviyyəsi çox yüksəkdir.

Mən festivala onun açılış günü deyil, sonra, oktyabrın 4-də, “Heydər Əliyev” filminin “Bir həsədin tarixi” hissəsinin göstərildiyi gün gəldim. Gələn kimi də eşitdim ki, elə ilk günlərdən ermənilər və erməni xalqının “dostları” filmin əleyhinə güclü təbliğat aparmışlar.

Böyük salon tamaşaçılarla dolu idi. Film göstərilməzdən əvvəl mən çıxış etdim. Sonra filmə baxış başlandı.

Tamaşaçılar filmə qeyri-adi maraqla baxır, onun hər kadrına münasibətlərini bildirirdilər. Çox diqqətəlayiq bir fakti nəzərə çarpdırmaq istərdim. Azərbaycanın hörmətli Prezidenti Heydər Əliyevin Qorbaçovun ermənilərlə yaxınlığı barədə sözləri ekrandan səsləndikdə bir qrup erməni salonu tərk etməyi qərara aldı. Amma onlar salondan çıxarkən tez-tez qanrılıb ekrana baxırdılar. Nəhayət, maraq “qürur hissi”nə üstün gəldi. Belə ki, ermənilər yenidən öz yerlərində oturdular. Film başa çatan kimi salonda gurultulu alqışlar qopdu.

Film nümayiş etdirildikdən sonra mətbuat konfransı keçirildi və onun gedişində filmin ünvanına çox səmimi sözlər söylənildi. Lakin erməni tamaşaçılar və onların “dostları” şakərlərindən qalmayaraq, həzzə-hədyan sözlər söylədilər. Lakin mən onların layiqli cavabını verdim.

Mətbuat konfransında erməni xalqının rusiyalı “dost”larından biri belə bir ittiham irəli sürdü ki, guya filmdə Qorbaçov çox misgin görünür, Əliyev isə zirvədədir. Belə olan halda, siz Rusiyada mükafat qazanmaq ümidindəsiniz?!

Mən cavabında dedim ki, məsələ heç də mükafatda deyil, ondadır ki, mən artıq başlıca məqsədimə nail olmuşam... Mən sizinlə tamamilə razıyam: Qorbaçov həqiqətən misgin görünür, Əliyev isə zirvədədir. Açığını deyim, bunu mən etməmişəm. Onları tarixin özü belə etmişdir.

Tanınmış kinorejissor, Rusiyanın xalq artisti, filmin əleyhdarlarının təzyiqini layiqincə dəf etmiş Qleb Panfilovun başçılıq etdiyi münsiflər heyətinin obyektivliyini və prinsipiallığını xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, hər hansı festivalın nüfuzu həm təqdim olunmuş filmlərin keyfiyyəti ilə, həm də, eyni dərəcədə, münsiflər heyəti üzvlərinin peşəkarlıq səviyyəsi ilə müəyyənləşdirilir.

Qleb Panfilov haqqında bir neçə kəlmə. O, təkcə Rusiya səviyyəsində deyil, həm də dünya səviyyəsində görkəmli kinorejissordur. Onun çəkdiyi “Od arasından keçid yoxdur”, “Başlanğıc”, “Mövzu”, “Janna d Ark”, “Ana”, “Romanovlar. Tacdarlar ailəsi” filmləri dünya kinematoqrafiyasının klassik əsərləri kimi tanınmışdır.

Film göstərildikdən dərhal sonra Panfilov mənə yaxınlaşaraq, əlimi dörd dəfə sıxdı. O, filmə heyran qalmışdı. Oktyabrın 6-da isə münsiflər heyətinin qərarı açıqlandı - “Heydər Əliyev” - “Bir həsədin tarixi” filmi festivalın əsas mükafatlarından birinə, münsiflər heyətinin “Dünyanın qüdrətli şəxsiyyətlərinin inandırıcı və parlaq portretinə görə” xüsusi mükafatına layiq görülmüşdür. Qleb Panfilov bu mükafatı mənə təqdim edərkən dedi: “Bilirsinizmi, bu, əzəmətli filmdir. Həyatım boyu gördüyüm ən yaxşı filmlərdən biridir. Bu filmdə Heydər Əliyev Qorbaçova təkcə tarixi faktlarla deyil, həm də şəxşi cəzbediciliyi, öz dahiliyi ilə qalib gəlmişdir”.

Görkəmli ustadın bu sözləri yaddaşıma həmişəlik həkk olundu və mən aldığım mükafatdan daha çox, eşitdiyim sözlərə görə özümü xöşbəxt sanırdım. Həqiqətən, Heydər Əliyev bu dünyanın ən qüdrətli şəxsiyyətlərindən biridir. Filmin məhz Rusiyada belə yüksək mükafat qazanması onu göstərir ki, Heydər Əliyevə həsəd aparan Mixail Qorbaçov hətta öz vətənində də dəstəklənmədi.

Yekaterinburqda həddən çox adam mənə yaxınlaşır, hamısı da dövlətimizin başçısına öz salamını və dərin ehtiramını yetirməyi xahiş edirdi. Çoxları da təəssüfləndiyini bildirirdi ki, Heydər Əliyeviç Əliyev onlara məlum olmayan səbəblərə görə Sovet İttifaqı kimi çox böyük dövlətin sükanı başında durmadı. Fürsətdən istifadə edərək, yekaterinbuqluların səmimi salamını hörmətli, dahi Prezidentimiz Heydər Əliyevə yetirirəm. Onu hər yerdə olduğu kimi, Rusiyada da çox sevirlər. Heydər Əliyev əvəllər həyatda Qorbaçova necə qalib gəlmişdisə, indi də ekranda qalib gəldi. Bu, bizim hamımız üçün böyük fərəhdir. Bu, olduqca böyük nailiyyətdir. Xüsusi vurğulamaq istərdim ki, indiyədək dövlət rəhbəri haqqında heç bir film belə yüksək mükafata layiq görülməyibdir. Rusiyalılar bizim həqiqətimizin qalib gəldiyini təsdiq etməklə öz obyektivliyini nümayiş etdirdilər. Daha bir əhəmiyyətli faktı nəzərə çarpdırım. Festivalda Berlin kino festivalının kuratoru Hans Şlegelin başçılığı ilə Almaniya kinematoqrafı xadimlərinin nümayəndə heyəti də iştirak edirdi. Film göstərildikdən sonra o, mənə yaxınlaşaraq əlimi sıxdı və dedi: “Dələduz Qorbaçovu ifşa etdiyinə görə çox sağ ol”.

 

Bir çox tamaşaçılar və kino mütəxəssisləri kimi, Hans Şlegel də sevinirdi.

SUAL: Sizin fikrinizcə, peşəkar rejissorun, dövlətimizin başçısı haqqında silsilə filmlərin müəllifinin fikrincə, yartdığınız filmlər Rusiya tamaşaçısının düşüncəsinə necə təsir göstərmişdir?

CAVAB: Bilirsiniz, artıq neçənci dəfədir ki, mən bütün dünyada və əlbəttə ki, Rusiyada da Heydər Əliyevin çoxcəhətli, əfsanəvi, görkəmli şəxsiyyətinə hədsiz marağı hiss edirəm. Bu marağı mən hələ ötən il Moskvada 1V Avrasiya teleforumunda gördüm. Orada V1 film - “Heydər Əliyev - əsl məhəbbət haqqında” filmi birdən-birə 3 mükafata layiq görüldü. Mükafatlardan birini isə kino və televiziya tarixində ilk dəfə olaraq, filmin qəhrəmanı - Heydər Əliyev aldı. Məhz Prezident Heydər Əliyev kimi parlaq və müdrik şəxsiyyətin sayəsində bizim film festivalın əsas mükafatlarından birinə layiq görüldü. Xatırlatmaq istərdim ki, indiki festivala 45 sənədli film, özü də yüksək səviyyəli filmlər təqdim olunmuşdu.

SUAL: İndi artıq əfsanəyə çevrilmiş bu filmi çəkmək ideyası sizdə nə vaxt yaranmışdı?

CAVAB: Bilirsiniz, bu ideya məndə hələ 1999-cu ildə, hörmətli Prezidentimiz məni və operator Lomer Axvledianini qəbul edəndə yaranmışdı. Bu görüşdə biz özümüzdən asılı olmayaraq, Motsart və Salyeri haqqında, təəssüf ki, bir çox hallarda uğuru və istedadı təqib edən həsəd hissi barəsində söhbət açdıq. Heydər Əliyevin Moskvadakı həyatı və fəaliyyətindən söhbət gedən həmin görüşdə birdən anladım ki, Mixail Qorbaçov həmişə Heydər Əliyevin böyük istedadına və uğurlarına həsəd aparmışdır.

Elə həmin görüşdə mən Qorbaçovu tapmağı qarşıma məqsəd qoydum. Çəkilişlərə onun razılığını almağa 3 il vaxt sərf etdim. Nəhayət, Qorbaçovla görüşəndə mən ona özünə hörmət edən hər bir azərbaycanlının cavab almaq istədiyi sualları verdim.

Festival bağlandıqdan sonra Ekaterinburqda ənənəvi ziyafət verildi və həmin ziyafətdə ermənilər və onların “dostları” qəm-qüssələrini içki ilə dağıtmaqdan başqa çarə tapmadılar.

Söhbəti apardı:

Elmira Əliyeva, Fərhad Nuriyev

AZƏRTAC-ın müxbirləri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Kuper: Təbii fəlakətlərin sayı yüksələn xətlə artır

MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib

Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunub

“Oyaq gözəl” tamaşası yenidən Kukla Teatrının səhnəsində

Baş direktor: II ICESCO Nazirlər Konfransına ən effektiv təcrübələri müəyyənləşdirmək üçün toplaşmışıq

Fərdi yaşayış evində külli miqdarda aksiz maraksız siqaret aşkar edilib

Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintinin qarşısı alıb

Ulu Öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb

Şimali Makedoniyanın ilk qadın Prezidenti vəzifəsinin icrasına başlayıb

Qurban Yetirmişli: Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur

AQTA: Bir sıra qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri keçiriləcək

Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakıda “İkiillik Şəffaflıq Hesabatının hazırlanması üzrə etimad quruculuğu və bacarıqların artırılması” adlı təlim-seminar keçirilir

Jan-Pyer Günyüt: Heydər Əliyev böyük siyasətçi idi, o, dövrün nəbzini tuturdu

Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?

Lənkəranda baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar qeydə alınıb

Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırıb

III Bakı Elm Olimpiadasının final mərhələsinin tarixləri açıqlanıb

Tənzilə Narbayeva: Qarabağın işğaldan azad edilməsi Özbəkistanda da sevinclə qarşılanıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək

® “STP Şirkətlər Qrupu”nun əməkdaşları sağlam həyat tərzini təbliğ edir!

Belqorodda binanın bir hissəsinin uçması nəticəsində 15 nəfər ölüb

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK VİDEO

Umayra Tağıyeva: Azərbaycanın iqlim dəyişikliyinə dair İkiillik Şəffaflıq Hesabatı COP29-dan əvvəl təqdim olunacaq

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anadolu Ankası–2024” təlimində ekipaj üzvünün təxliyəsi icra olunub VİDEO

Antalyada turistlərə 418-i beşulduzlu olmaqla 812 mehmanxana xidmət göstərir

Apreldə yaşa görə aylıq sosial müavinət alanlar 150 min nəfərdən çox olub

Qazaxıstanda daşqınlardan sonra 54,7 min nəfər evlərinə qayıdıb

Nazir müavini: Azərbaycandan Latviyaya ixrac 64 faiz artıb

Daxili işlər nazirinin Yardımlıda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Xarkov vilayətindən 6 minə yaxın insan təxliyə edilib

Şimal-qərb bölgəsinin 31 məktəblisi respublika fənn olimpiadalarında uğur qazanıb

Küveyt mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc edib

BDU tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışın finalına vəsiqə qazanıblar

Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib

Elm və təhsil naziri uşaqların rəqəmsal cihazladan istifadə etməsinə münasibət bildirib

® “Caspian Energy Club” üzvləri Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər

Beynəlxalq turnirin qonaqları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan parataekvondo millisi Avropa çempionatında tarixi uğura imza atıb

Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdür

Ermənistanda etiraz aksiyalarının 88 iştirakçısı saxlanılıb

Elm və təhsil naziri: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

Yunanıstan çempionu olan azərbaycanlı futbolçu: Daha böyük klublarda oynamaq istəyirəm – MÜSAHİBƏ

Bəhreyn qəzetində Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib

Cəlilabadda çiyələyin qiyməti ucuzlaşıb

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıb

Soğan istehsalçıları ilə görüşdə xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumat verilib

BMT: Sudanda yenidən başlayan qarşıdurma nəticəsində 27 nəfər ölüb

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetinin binasının yeri ilə bağlı tam işlər bitib

Nazir: Qarabağ Universitetində təhsil ödənişsiz olacaq

Hande Harmancı: İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaradılması mümkündür

“Qadınlar və yollar. Özünə gedən yol” layihəsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilir

BDU ilə Pakistanın Elm və Texnologiya Milli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

QHT nümayəndələri üçün “İqlim dəyişmələri və COP” mövzusunda təlim keçirilir

“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

DİN: Son iki gündə 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Səudiyyə qəzeti Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən yazıb

Premyer Liqa: “Neftçi” nadir göstəriciyə, “Qarabağ” tarixi rekorda imza atıb

İndoneziyada daşqın və lava axını səbəbindən ölənlərin sayı 41-ə çatıb

Azərbaycan ilə Qazaxıstan arasında ali təhsil sənədlərinin tanınması prosedurları sadələşdirilir

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib YENİLƏNƏCƏK VİDEO

AMEA prezidenti: Daşaltıda seysmoloji stansiyanın qurulması işləri başa çatmaq üzrədir

AFFA İcraiyyə Komitəsi bu gün vacib məsələləri müzakirə edəcək

Gürcüstan DİN mitinqin iştirakçılarına müraciət edib

Deputat: Yeni qanun layihəsi Azərbaycanla Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığı dərinləşdirəcək

Elm və təhsil naziri: PISA təhsil siyasətinin ölçülməsi üçün imkanlar yaradır

Azərbaycan və Qazaxıstan tələbə mübadiləsi həyata keçirəcək

Azərbaycan və Qazaxıstan arasındakı təhsil sahəsi üzrə sazişə dəyişiklik edilir

Dünya birjalarında neft ucuzlaşıb

COP29-un baş danışıqçısı: Azərbaycan bu tədbirə ev sahibliyi etməkdən qürur duyur

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

Region Liqasının fınalında “Şimal” futbol klubu “Hypers”lə qarşılaşacaq

Qəzaya görə Yasamal rayonunda sıxlıq yaranıb

PISA üzrə II ICESCO Nazirlər Konfransı işə başlayıb

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

ABŞ dövlət katibi İsrailin müdafiə naziri ilə telefonla danışıb

Gələcəyin əsas meqapolisləri məlum olub

Rusiyada güclü zəlzələ baş verib

Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

Rusiyanın Avropa hissəsində mayın əvvəli tarixin ən soyuq dövrü olub

ABŞ-da ziyafət zamanı atışma nəticəsində 3 nəfər ölüb

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...