Beynəlxalq turnirin qonaqları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 13 may, AZƏRTAC
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqlar və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
ABF-dən AZƏRTAC-a verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.