İndoneziyada daşqın və lava axını səbəbindən ölənlərin sayı 41-ə çatıb
Pekin, 13 may, AZƏRTAC
İndoneziyanın Qərbi Sumatra vilayətində şiddətli yağışların yaratdığı daşqınlar, habelə Marapi və Sinqqalanq vulkanlarından soyumuş lava axını nəticəsində 41 nəfər ölüb, 17 nəfər itkin düşüb, onlarla sakin xəsarət alıb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, təbii fəlakət vilayətin əsasən Tanah Datar, Aqam, Paryaman və Padanq Pacanq rayonlarında təsirli olub. Daşqın və lava axını nəticəsində yaşayış məntəqələrində tikililərə, infrastruktura, avtomobil yollarına ziyan dəyib.
İtkin düşənlərin axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına mülki müdafiə qüvvələri ilə yanaşı polislər, hərbçilər də cəlb olunub. Daşqınlarla əlaqədar xüsusi qərargah yaradılıb.
Qeyd edək ki, Sumatra adasında şiddətli yağışlar mayın 11-də başlayıb. Ərazidən əhalinin təxliyəsi həyata keçirilir. Bu səbəbdən səlahiyyətli qurumlar ölənlərin, itkin düşənlərin dəqiq sayını bilmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]