BMT BAŞ KATİBİNİN ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏTİ
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun iyunun 5-də qeyd edilən Ümumdünya Ətraf Mühit günü münasibətilə müraciətlə çıxış etmişdir.
Bu il həmin gün “Vərdişi tərgidək: azkarbonlu iqtisadiyyata doğru” şüarı altında keçirilir.
Müraciətdə deyilir: “Dünyamız təhlükəli karbon vərdişinin məngənəsində sıxılmışdır. Karbon əsasında enerji mənbələrindən asılılığımız atmosferə buraxılan parnik qazlarının xeyli artmasına səbəb olmuşdur”. BMT-nin başçısı demişdir ki, Nobel Sülh mükafatına layiq görülmüş iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu qlobal istiləşməyə şübhə ilə yanaşanların baxışlarını ötən il tamamilə alt-üst etmişdir. Baş katib demişdir: “Bilirik ki, iqlim dəyişmələri baş verir və buna səbəb karbon və digər qazların tullantılarıdır”.
Bu gün bütün dünyada keçiriləcək tədbirlər bəşəriyyətə parnik qazlarının təbiətə məhvedici təsirini nümayiş etdirməlidir. Bu il əsas tədbirlər BMT-nin Ətraf Mühit Proqramının (YUNEP) təşəbbüsü ilə Yeni Zelandiyanın paytaxtı Vellinqtonda keçiriləcəkdir.
İyunun 5-ni Ümumdünya Ətraf Mühit günü elan etmək 1972-ci ildə BMT-nin Baş Məclisində qərara alınmışdır. Ətraf mühitin insan fəaliyyətinin nəticələrindən müdafiə olunmasının zəruriliyini göstərmək üçün o vaxtdan etibarən həmin gün bütün dünyada velosiped yürüşləri, marafonlar, məktəblərdə tematik dərslər keçirilir, sərgilər, konsertlər və bir çox başqa tədbirlər təşkil olunur. YUNEP dövlət və hökumət başçılarını ətraf mühiti mühafizə işinə sadiq olduqlarını bir daha nümayiş etdirməyə və bu sahədə imzalanmış müxtəlif beynəlxalq sənədlərə qoşulmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]