BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Kraliça - ana Elizabetin vəfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və böyük Britaniya xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2002-ci il