CƏMİYYƏT
Bu il respublika ərazisində 14 min 785 yanğın hadisəsi qeydə alınıb
Bakı, 15 dekabr, AZƏRTAC
Cari ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Yanğın hadisələrinin qarşısı çevik şəkildə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Bu il respublika ərazisində 14 min 785, o cümlədən Bakıda 4463 yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN-in yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
Nazir bildirib ki, baş verən 14 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 45 yanğın hadisəsinə çıxış olub. Hər dörd gün ərzində yanğınlarda bir nəfər xilas edilib.
Qeyd edilib ki, bu il əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yaşayış sahələrində baş verən yanğınların sayı 74 hadisə azalıb.