CAR YAZIÇISININ NOBEL MÜKAFATI ALMASI QARALAR QİTƏSİNDƏ BÖYÜK SEVİNCƏ SƏBƏB OLDU
Yazıçının təhsil alıb, 30 il dərs dediyi Keyptaun Universitetinin alimləri onu “müasir dövrun ən görkəmli romançılarından biri” adlandırmışlar. Con Kutsiye iki dəfə - 1984 və1999-cu illərdə aldığı “Buker” mükafatı da daxil olmaqla, bir çox beynəlxalq mükafatların sahibidir.
Con Kutsiye 1940-cı il fevralın 9-da Keyptaun şəhərində afrikanyor ailəsində anadan olmuşdur. Doğma dili afrikaans olsa da, əsərlərini ingiliscə yazır. Nobel mükafatının Con Kutsiyeyə verilməsi barədə İsveç Akademiyasının qərarında deyilir ki, onun əsərlərinin əsas mövzusu aparteid sisteminin təsiri hələ də qalmaqda olan Cənubi Afrika həyatının doğru-düzgün təsviridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]