Cari ildə Qazaxda 5 ton barama istehsal olunacaq
Qazax, 11 may, Famil Quliyev, AZƏRTAC
Cari ildə Qazaxda 5 ton barama istehsal olunacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkənin bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Belə ki, rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün ötən illərdə Çindən ölkəmizə gətirilən tinglərdən yeni tut bağları salınıb, 20 min tut tingi əkilib.
Mayın əvvəlindən isə Qax Damazlıq İpəkçilik Stansiyasından 130 qutu ipəkqurdu gətirilərək kümçülərə paylanıb ki, bu da rayonda 5 ton barama istehsalına zəmin yaradır.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti, qidalanma və ümumi vəziyyətlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]